• cümə, 29 Mart, 09:55
  • Baku Bakı 5°C

Qiymətlərin sürətlə qalxması ağılsızlıqdı - Qvardiola

26.07.17 13:20 913
Qiymətlərin sürətlə qalxması ağılsızlıqdı - Qvardiola
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola transfer bazarındakı duruma münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Qvardiola transfer bazarında qiymətlərin sürətlə bahalaşmasının ağılsızlıq olduğunu deyib. O, belə davam edəcəyi təqdirdə, qiymətlərin daha da yüksələcəyini vurğulayıb:
"Bu, ağılsızlıqdı. Qiymətlər çox sürətlə qalxır. 2-3 il bundan əvvəl bir futbolçunun qiymətinin 100 milyon olacağını təsəvvür etmək mümkün deyildi. Artıq bu, reallıqdı. Qiymətlər isə artmaqda davam edəcək.
Mən az pul ödəmək istəyərdim. Ancaq bazarın tələbi budu. Nəinki "Siti”, bütün klublar çox pul xərcləməyə məcburdu. Bir neçə ildən sonra nə olacağını gözləyək. Ancaq məncə bu barədə düşünmək lazımdı.
Hər şey agentin, klubun və futbolçunun nə istəməsindən asılıdır. Son 10 ildə "Siti” Premyer Liqada ancaq mükafatlar uğrunda mübarizə aparıb. Ancaq bizim "Real” və "Barsa” səviyyəsinə yüksəlməyimizi üçün müəyyən vaxta ehtiyacımız var”.
banner

Oxşar Xəbərlər