• çərşənbə, 24 Aprel, 11:51
  • Baku Bakı 13°C

Qısamüddətli yağış gözlənilir - Proqnoz

30.04.15 09:53 835
Qısamüddətli yağış gözlənilir - Proqnoz
Bakı və Abşeron yarımadasında mayın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 1-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər