• cümə axşamı, 25 aprel, 12:13
  • Baku Bakı 23°C

Qısa müddətli yağış yağacaq - Proqnoz

08.07.15 12:48 1106
Qısa müddətli yağış yağacaq - Proqnoz
İyulun 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-25, gündüz 30-35 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun hərarəti Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 22-27, gündüz 34-39, dağlıq və dağətəyi rayonlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər