AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qırğızıstanın yeni prezidenti andiçmə mərasimi üçün nəzərdə tutulan kortejdən və ziyafətdən imtina edib

Qırğızıstanın yeni prezidenti andiçmə mərasimi üçün nəzərdə tutulan kortejdən və ziyafətdən imtina edib

Təfsilat
22 Yanvar 2021, 12:37 141
Qırğızıstanın yeni seçilmiş prezidenti Sadır Japarov andiçmə mərasimi üçün nəzərdə tutulan kortejdən və ziyafətdən imtina edib.
 
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat verib.
"Xüsusi avtomobil korteji, ziyafət və böyük maliyyə xərcləri tələb edən digər təşkilati tədbirlərdən imtina etmək qərarına gəldim. Prezidentin andiçmə mərasimi üçün yalnız qanunla tələb olunan məcburi prosedurları həyata keçirmək vacibdir", - deyə yeni seçilmiş prezident bildirib.

S. Japarovun sözlərinə görə, bütün dövlət vəsaitləri xalq və onun ehtiyaclarına dəstək olmağa yönəldilməlidir: "Oktyabrda baş verən hadisələrdən sonra yaranan siyasi vəziyyəti, respublikadakı iqtisadi, maliyyə və epidemioloji durumu nəzərə alaraq, hesab edirəm ki, ölkə iqtisadiyyatı üçün yük olacaq tədbirlərdən imtina etməliyik. Düşünürəm ki, xalq bizi başa düşəcək və dəstəkləyəcək".