• cümə axşamı, 18 aprel, 14:45
  • Baku Bakı 22°C

Qırğızıstandakı prezident seçkilərində Soornbay Jeenbekov 55 faiz səslə liderlik edir

15.10.17 19:45 2071
Qırğızıstandakı prezident seçkilərində Soornbay Jeenbekov 55 faiz səslə liderlik edir
Oktyabrın 15-də Qırğızıstanda keçirilən prezident seçkilərində səslərin 1,5 milyondan çoxu sayılıb.
AZƏRTACRİA Novosti agentliyinə istinadla xəbər verir ki, hakim Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekov səslərin 55 faizini qazanıb.
Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurcan Şayldabekova keçirdiyi mətbuat konfransında bildirib ki, səsvermədə 1 milyon 557 min 225 seçici iştirak edib.
Hazırki məlumata əsasən, Soornbay Jeenbekov 55 faiz, yəni, 885 min 649 səs qazanıb. Onun əsas rəqibi olan müxalifətçi Omurbek Babanov isə 529 min 118 səs toplayıb. Bu isə səslərin 33 faizini təşkil edir.
banner

Oxşar Xəbərlər