• cümə, 29 Mart, 04:47
  • Baku Bakı 7°C

Qırğızıstanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb

15.10.17 19:30 2348
Qırğızıstanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb
Oktyabrın 15-də Qırğızıstanda keçirilən növbəti prezident seçkilərində səsvermə prosesi başa çatıb.
AZƏRTACRİA Novosti agentliyinə istinadən bildirir ki, seçki məntəqələri yerli vaxtla saat 20.00-da bağlanıb.
Qırğızıstan Mərkəzi Seçki Komissiyası 1 milyon 213 min 803 seçicinin səsvermədə iştirak etdiyini, seçici fəallığının 40,12 faiz olduğunu açıqlayıb.
Xarici müşahidəçilər və Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrinə təsir edə biləcək hər hansı ciddi pozuntu qeydə almayıb.
Bu seçkilərdə əsas mübarizənin ölkənin sabiq baş nazirləri - Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekov ilə müxalifət liderlərindən olan Omurbek Babanovun arasında gedəcəyi proqnozlaşdırılır.
banner

Oxşar Xəbərlər