AZE | RUS | ENG |

Qırğızıstanda ABŞ təyyarəsi qəzaya uğrayıb

Qırğızıstanda ABŞ təyyarəsi qəzaya uğrayıb
Qırğızıstanın Qazaxıstanla sərhəddəki Çaldovar yaşayış məntəqəsi yaxınlığında ABŞ-a məxsus yanacaqdoldurma təyyarəsi qəzaya uğrayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Qırğızıstan Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib və hadisə yerinə operativ qrupun yollandığını açıqlayıb. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Manas aeroportundan havaya qalxıb və bir qədər sonra radardan itib. Çuy vilayətinin sakinləri havada güclü partlayış səsi eşitdiklərini deyiblər. Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat katibi Svetlana Baytikova təyyarənin düşdüyü yerə 3 təcili yardım briqadasının göndərildiyini, lakin qəza baş verən ərazi dağlıq zona olduğundan onların hələlik hadisə yerinə yetişə bilmədiyini söyləyib: “Yaxın rayonlarda iki xəstəxana yaralıları qəbul etməyə hazırdır”. Qeyd edək ki, 2001-ci ilin dekabrında Buşkekdəki Manas hava limanında ABŞ aviabazası yaradılıb və daha sonra bu baza Tranzit tük daşımaları mərkəzi adlandırılıb. Bu mərkəz Əfqanıstandakı koalisiya qüvvələrinə canlı qüvvə və yük daşınması üçün əsas nəqliyyat-logistika qovşağıdır. Mərkəzdə 1,5 minə yaxın ABŞ əsgəri var.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311