• cümə axşamı, 28 mart, 18:00
  • Baku Bakı 13°C

Qırğızıstan və Tacikistan arasında birgə Protokol imzalanıb

02.05.21 13:45 1268
Qırğızıstan və Tacikistan arasında birgə Protokol imzalanıb
Batken bölgəsində Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı iki ölkənin hökumət nümayəndə heyətlərinin görüşü keçirilib.
Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, Qırğızıstanın nümayəndə heyətinə Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev, Tacikistanın ümayəndə heyətinə isə Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Saymumin Yatimov rəhbərlik edib.
Görüş zamanı Qırğızıstan-Tacikistan dövlət sərhədindəki vəziyyətin həllinə yönəlmiş gələcək tədbirlər barədə hərtərəfli fikir mübadiləsi aparılıb. Qırğızıstan və Tacikistanın nümayəndə heyətlərinin rəhbərləri iki ölkənin dövlət sərhədindəki münaqişənin sülh yolu ilə həll olunmasının zəruriliyini ifadə ediblər.
Nümayəndə heyətlərinin görüşünün yekunları üzrə birgə Protokol imzalanıb.
banner

Oxşar Xəbərlər