• cümə axşamı, 28 mart, 20:05
  • Baku Bakı 13°C

Qırğızıstan-Tacikistan sərhədindəki atışmalarda qırğız tərəfdən ölənlərin sayı 55 nəfərə çatıb

06.05.21 09:30 366
Qırğızıstan-Tacikistan sərhədindəki atışmalarda qırğız tərəfdən ölənlərin sayı 55 nəfərə çatıb
Qırğızıstan-Tacikistan sərhədindəki atışmalarda qırğız tərəfdən ölənlərin sayı 55 nəfərə çatıb.
AZƏRTACQırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yaralananların sayı 183 nəfərdir.
Tacikistan mətbuatının verdiyi məlumata görə, münaqişədə 19 nəfər ölüb, 88-i yaralanıb.
Qırğızıstan və Tacikistan qarşıdurmanın başlanmasına və güclənməsinə görə bir-birlərini ittiham edirlər.
Qırğızıstanın Baş prokurorluğu Tacikistana müxtəlif maddələrlə 11, Tacikistanın Baş prokurorluğu isə Qırğızıstana bir neçə maddə ilə cinayət işi açıb.
Qarşılıqlı ittihamların fonunda mayın ortalarında Qırğızıstan Prezidenti Sadır Japarovun Tacikistana səfəri nəzərdə tutulub.

banner

Oxşar Xəbərlər