• cümə axşamı, 25 aprel, 12:14
  • Baku Bakı 23°C

Qırğızıstan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

15.04.18 15:39 762
Qırğızıstan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov Azərbaycan prezidentiİlham Əliyevə təbrik məktubu göndərib.
APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Sizin inamlı qələbəniz Azərbaycan Respublikasının davamlı və hərtərəfli inkişafına yönəlmiş siyasi xəttinizə Azərbaycan xalqının etimadının parlaq sübutudur.
İnanıram ki, qarşılıqlı hörmət və etimada əsaslanan Qırğızıstan-Azərbaycan münasibətləri birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və dərinləşəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram”.
banner

Oxşar Xəbərlər