• cümə axşamı, 28 mart, 22:15
  • Baku Bakı 13°C

Qırğızıstan prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib

29.01.18 15:35 617
Qırğızıstan prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib
Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Azərbaycan prezidentiİlham Əliyevə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə məktub göndərib.
APA-nın məlumatına görə, məktubda deyilir:
"Möhtərəm İlham Heydər oğlu. Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Məmnunluqla qeyd edirəm ki, Qırğızıstan-Azərbaycan münasibətləri ənənəvi dostluğa, ümumi tarixə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanır.
Ötən 25 il ərzində ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə səmərəli əməkdaşlıq qurulub. Qırğızıstan ilə Azərbaycan həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər.
Qırğız Respublikası Azərbaycan Respublikası ilə xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır. Möhtərəm İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə böyük nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh və rifah arzulayıram”.
banner

Oxşar Xəbərlər