• cümə, 29 Mart, 19:41
  • Baku Bakı 14°C

Qırğızıstan məhkəməsi Atambayevin əmlakına həbs qoydu

10.08.19 13:20 4738
Qırğızıstan məhkəməsi Atambayevin əmlakına həbs qoydu
Qırğızıstan məhkəməsi sabiq prezident Almazbek Atambayevin əmlakına həbs qoyub.
Trend-in məlumatına görə, həbs qoyulan A.Atambayevin nəzarətində olan "Aprel" telekanalıdır. Bu barədə xəbəri telekanalın mətbuat xidmətindən də təsdiqləyiblər.
Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb. Avqustun 8-i A.Atambayev polisə təslim olub. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb.
banner

Oxşar Xəbərlər