• cümə axşamı, 28 mart, 13:44
  • Baku Bakı 16°C

Qırğızıstan koronavirusun əlində aciz qalıb

20.07.20 16:27 639
Qırğızıstan koronavirusun əlində aciz qalıb
Prezident vətəndaşları, vətəndaşlar da onu ittiham edir

Mərkəzi Asiyada koronavirusla bağlı ən kiritik durum Qırğızıstanda yaranıb. Ölkədə sutka ərzində koronavirusa yoluxanların sayı 700-ü keçir. Son sutka ərzində isə ölü sayı 75- keçib. Belə bir durumda əhali prezident Sooronbay Jeenbekovu günahladıraraq onun istefasını tələb edir. Qarşı tərəf isə baş verənlərdə vətəndaşları ittiham edib. "İki ay ərzində biz maska taxmağa və əllərimizi yumağa vərdiş edə bilmədik”, - deyə ölkə prezidenti yerli "Birinci radio”ya müsahibəsində bildirib. Bu iki ay ərzində hakimiyyətin səhiyyə sistemini hazırlamağa və xəstələri yerləşdirməyə imkan tapa bilməməsindən isə Jeenbekov danışmaq istəməyib. Əvəzində isə bu barədə xalq daha çox danışmağa başlayıb: xəstələrin yerləşdirilməsi üçün əlavə xəstəxana meydançaları yaradılmayıb. Bir dənə də olsun süni nəfəs aparatı alınmayıb, dərman ehtiyatı mövcud deyil, fərdi qoruyucu vasitələrin çatışmadığı barədə məlumat verən həkimlər isə işdən qovulub. Nəticə də belə oldu ki, respublika epidemiyanın birinci mərhələsini bir təhər keçirə bildi. İkinci mərhələ isə daha ağır olub. Koronavirus pandemiyasının ikinci mərhələsi ölkəni iflic vəziyyətinə salıb. İyunun əvvəlində Qırğızıstan pnevmaniyadan ölənlərin statistikasını dərc etməyə başladı. Onların sayı isə koronavirusa yoluxan xətsələrin sayından çox oldu. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, insanlar küçələrdəcə qalır, xəstəxanaların həyətlərində ölür, xəstələri xəstəxanalara yerləşdirmirlər. İyulun 16-dan Qırğızıstan koronavirusla, pnevmaniyanın statistikasını birləşdirdi və indi artıq hər iki hal COVİD-19-un ağır forması adlandırılır. Məsələn, Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 30 minə yaxın xəstə qeydə alınıb ki, onlardan da 870 nəfəri ölüb.
Vəziyyət kritik həddə çatanda və hakimiyyət də proseslərin qarşısında aciz qaldıqda, vətəndaşlar özləri könüllü birliklər yaratmağa başladı - bir-birinə kömək etməyə, hətta konsentratorlar və fərdi qoruyucu vasitələri almağa başladılar. Bişkek ətrafında yerləşən ərazilərdən birində stasionarlar açmağa başladlar. İnsanlar pul yığaraq öz vəsaitləri hesabına məscidin bazasında səhra qospitalı düzəltməyə başladılar. Oksigen stansiyası üçün pulu isə Cənubi Koreyadan olan əmək miqrantları göndərdilər. Paytaxtda, həmçinin, gecə stasionarları açıldı- burada xəstələr müayinə olunur və sonra evə buraxılırlar. Belə yerlərin qabağında iri növbələr yaranıb. İnsanlar burada müayinə olunmaq üçün iki saatdan artıq növbədə durublar. Xəstələr üçün çarpayılar kifayət etsə də, tibb bacıları və həkimlər kifayət etmir. Orta hesabla 150 xəstəyə 15 həkim düşür. Belə bir fonda Bişkekə Türkiyədən xüsusi təyyarələr gəlir. Onlar varlı deputatları və biznesmenləri müalicə üçün xaricə aparırlar. Səhiyyə sistemində baş verənlərə görə məsuliyyəti artıq keçmiş səhiyyə naziri Kosmosbek Çolpanpayevin və baş nazirin müavini Altınay Omurbekovun üstünə yıxıblar. Onların hər ikisinə qarşı korrupsiya, bir sıra farmasevtik şirkətlərin maraqlarını ifadə etmək maddəsi üzrə cinayət işi açıblar. Nazir postuna qədər Çolpanpayev Qırğızıstan Farmasevtiklər İttifaqının sədri vəzifəsində çalışıb. Onu, həm də fərdi qoruyucu vasitələri xaricə satmaqda ittiham edirlər. Bişkekə 45 tibb işçisi gəlib, lakin onları qarşılayan belə olmayıb. Rusiya tibb işçilərinin bir qrupunu isə Oş şəhərinə yollayıblar. Orada vəziyyət kritik həddədir. Ölkəyə xaricdən gələn əmək miqrantları üçün karantin zonaları belə yaradılmayıb, özünütəcrid şərti ilə evə buraxırlar. Və bu tələbə heç də hamı əməl etmir. Bütün bunların fonunda isə parlament məzuniyyətə yollanıb. Siyasilər oktyabrın 4-də keçiriləcək seçkilərə hazırlaşırlar. Xalq da bundan qəzəblidir və parlament seçkilərinin təxirə salınmasını tələb edir. Lakin prezident hesab edir ki, Jororku Keneşə (parlament) k seçkilər vaxtında keçirilməlidir. O, bu məsələni siyasiləşdirməməyə çağırıb. "Bir tərəfdən dərman qıtlığı hiss olunur, digər tərəfdən isə həkim qıtlığı var – və bu da bizim əsas qayğımızdır. Belə olan halda, bəli, deyə bilərlər ki, hansı siyasətdən, hansı seçkidən danışmaq olar. Lakin mənim həmvətənlərim - prezident kimi sizə deməliym ki, hər şeyi vaxtında etmək gərəkdir. Nə qədər çətinliklər olsa da, biz dünənki günü unutmamalıyıq. Bizim hüquqi dövlətimiz mövcuddur- biz ağıllı və düşüncəli vətəndaşlarıq. Payızda parlament seçkləri konstitusiya ilə müəyyən olunan vaxtda keçiriləcək. Mən müvafiq qərara imza atmışam. Mərkəzi Seçki Komissiyası öz işini qanuna müvafiq şəkildə qurub”, -deyə prezident radioya müsahibəsində bildirib. Dövlət başçısı bununla yanaşı, vəziyyəti sabitsizləşdirməyə çalışan qüvvələrə qarşı sərt mübarizə aparmaqda qətiyyətlidir. Məsələn, "Change.org” saytında prezidentin istefası və ona qarşı cinayət işinin qaldırılması tələbi ilə qoyulan petisiya bloklanıb. Bu təşəbbüsün müəllifi jurnalist və ictimai xadim Rauşan Aytukulov olub. O, baş prokurorluqdan, prezidentlə yanaşı, digər iki yüksək rütbəli məmurun məsuliyyətə alınmasını tələb edib. Sonuncuları lazımı qaydada hazırlıq görməməkdə ittiham edib. Onun sözlərinə görə, Qırğızıstanda ölüm həddi yüksək olaraq qalır - 6 faiz: "Xəstəxanaya gələn xəstələr dərhal, elə həmin gün ölür - çünki çox ağır vəziyyətdə olurlar. Küçələri dezinfeksiya etmək əvəzinə, hakimiyyət kompüter tomoqrafiyası aparatları alsa, yaxşı olar. Küçə və bazarlarda onsuz da heç kim yoxdur”. Əlavə edib ki, Jeenbekov bütün bunlardan sonra prezident kürsüsündə otura bilməz. Və yekun olaraq bildirək ki, onun bu təşəbbüsünə qoşulanlar olub - petisiyaya xeyli sayda insan imza atıb. Hakimiyyətin saytı bloklaması isə kampaniyanı sosial şəbəkələrə keçirib.

Azər NURİYEV


banner

Oxşar Xəbərlər