• cümə axşamı, 25 aprel, 10:19
  • Baku Bakı 14°C

Qırğızıstan ilk dəfə Asiya kubokunun final mərhələsində

28.03.18 11:30 1028
Qırğızıstan ilk dəfə Asiya kubokunun final mərhələsində
Qırğızıstan yığması ilk dəfə Asiya kubokunun final mərhələsində iştirak etmək hüququ qazanıb.
Kaspi.az xəbər verir ki, Qırğızıstan Bişkekdə Hindistana 2:1 hesabı ilə qalib gələrək, 13 xalla qrupda birinci yeri tutub. Qrupda Myanma və Makao da yer almışdı.
Qrupda 2-ci yeri tutan Hindistan da final mərhələsinə vəsiqə qazanıb. Asiya kubokunun final mərhələsi gələn ilin 5 yanvarından 1 fevralına qədər Səudiyyə Ərəbistanında keçiriləcək.
banner

Oxşar Xəbərlər