• cümə axşamı, 18 aprel, 09:38
  • Baku Bakı 12°C

Qırğızıstan Avrasiya İqtisadi İttifaqına qoşulub

23.12.14 17:23 2264
Qırğızıstan Avrasiya İqtisadi İttifaqına qoşulub
Qırğızıstan Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqaviləni imzalayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, imzalanma mərasimi bu gün Ali Avrasiya İqtisadi Şurasının dövlət başçıları səviyyəsində keçirilən iclasında baş tutub.
Rusiya prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında Ermənistan və Qırğızıstanın Avrasiya İttifaqına üzv olmalarının bu ölkələrin mili maraqlarına cavab verdiyinə əmin olduğunu, habelə onların sosial-iqtisadi inkişafı üçün geniş imkanlar açdığını bildirib.
banner

Oxşar Xəbərlər