AZE | RUS | ENG |

Qiraətin əsiri olmaq istəyənlərə

Qiraətin əsiri olmaq istəyənlərə
Bu ifadəni daha çox mütaliəyə yeni başlayanlardan eşidərsiniz: "Elə bir kitab istəyirəm ki, təsirindən uzun müddət çıxa bilməyim”. Mütaliənin yadları bununla "güclü, təsirli əsər” axtardıqlarını nəzərdə tuturlar. Mütaliəyə bələd olanlar isə tragediya və ya romantikanın arxasında bir bəsitlik, asanaqaçma cəhdlərinin gizləndiyini bilir. Həvəskar oxucu duyğusallıq, peşəkar oxucu təsvir müəllif ustalığı axtarır. Həvəskar oxucunu dialoqlar, peşəkar oxucunu fəlsəfi monoloqlar daha çox cəlb edir. "Kirkus” redaktorları hər iki kəsimi özündə birləşdirəcək və oxucunu qarmağına keçirəcək nümunələrdən ibarət bir siyahı hazırlayıb. Bu kitablar nə həvəskarları darıxdıracaq, nə də peşəkarları səbirsizləndirəcək. Ötən ilin ən yaxşı nümunələrindən ibarət siyahılarda adına tez-tez rastlaşdığımız bu nümunələri smartfonların proqram bazasında mövcud olan tətbiqetmələrdən əldə edə bilərsiniz.

·  V.E.Sçvab – "Cadunun qaranlıq kölgəsi” ("A darker shade of magic”)
·  Su Qrafton – "Alibi üçün A” ("A is for Alibi”)
·  Donna Leon – "La Fenisdə ölüm” ("Death at La Fenice”)
·  Ali Smit – "Payız” ("Autumn”)
·  Ceyson Metyus – "Qırmızı sərçə” ("Red sparrow”)
·  Alişa Ray – "Səni sevməyə nifrət edirəm” ("Hate to want you”)
·  Meri Rutkoski – "Qalibin qarğışı” ("The winner’s curse”)
·  Sarah Taytl – "Zamansız” ("The undateable”)
·  A.J.Hartli – "Zirvələrin adamı” ("Steeplejack”)
·  Kiyersten Uayt – "Və qaranlığa qərq oldum” ("And I darken”)
·  N.K.Cemisin – "Beşinci mövsüm” ("The fifth season”)


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6914
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.3578
KWD 1 Küveyt dinarı 5.6134
SEK 1 İsveç kronu 0.1913
EUR 1 Avro 1.9658
CHF 1 İsveçrə frankı 1.7038
USD 1 ABŞ dolları 1.7000