• cümə axşamı, 18 aprel, 14:00
  • Baku Bakı 22°C

Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib

02.04.18 18:50 1016
Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib
Türkiyənin Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyi (Gıda, Tarım ve Hayvancılık Bakanlığı) Türkiyə ərazisində istehsal olunan qida məhsulları ilə bağlı araşdırma aparıb.

Qida Təhlükəsizliyi Agentliyindən "APA-Economics”ə verilən məlumata görə, aparılan araşdırmaya əsasən, 173 istehsalçıya məxsus 282 adda məhsulda tərkibində insan həyatı və sağlamlığı üçün təhlükə yarada bilən, etiketlənməsində qeyd olunmayan qida və qida əlavələri aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyi həmin məhsulların siyahısına baxış keçirib və Türkiyədən Azərbaycana ixracı ehtimal olunan 119 adda istehsalçıya məxsus məhsulların siyahısını hazırlayıb.

Siyahıda qeyd olunan qida məhsullarının 17 növü ət və ət məhsullarına, 40 növü süd və süd məhsullarına,15 növü bal məhsullarına, 40 növü bitki yağlarına, 1 növü çay məhsuluna 1 növü ədviyyat məhsuluna, 4 növü şokolad məhsuluna, 4 növü spirtsiz içkilərə, 1 növü enerji içkilərinə, 13 növü isə qida əlavələrinə aiddir.

Qida Təhlükəsizliyi Agentliyi yaranmış vəziyyətlə əlaqədarDövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Müfəttişliyi,Kənd Təsərrüfatı Nazirliyiyanında Dövlət Baytarlıq Nəzarəti Xidməti vəKənd Təsərrüfatı Nazirliyiyanında Dövlət Fitosanitar Nəzarəti Xidmətlərinə müvafiq sorğular göndərib.

Agentlik əhalini siyahıda yer alan qida məhsullarını almamağa çağırır. Agentlik vətəndaşların nəzərinə çatdırır ki, bu qida məhsulları ilə rastlaşdıqda həmin qida məhsullarının nümunəsini və qida məhsulunun əldə olunduğu satış nöqtəsinin adı və ünvanı daxil olmaqla, Agentliyin (012) 377-00-77 telefon nömrəsinə zəng vurmaqla, yaxud rəsmi müraciət etməklə bildirsinlər.
Siyahı ilə ətraflı keçiddən tanış ola bilərsiniz:
(https://www.tarim.gov.tr/Duyuru/606/Kamuoyuna-Duyurulur)
banner

Oxşar Xəbərlər