• cümə, 19 Aprel, 07:36
  • Baku Bakı 13°C

Qibləsi ailə olan cütlük – Ailə - FOTOLAR

24.02.17 12:24 4209
Qibləsi ailə olan cütlük – Ailə   - FOTOLAR

Xəyalə Qurbanova: "Davalarımız "vatsap”da başlayır və orada da bitir”

Həyat yoldaşı olmazdan öncə yaxşı dostdurlar. Onların ailəsində hörmət baş tacıdır. Hər iki tərəfin ilk növbədə bir-birlərinə hörmət etməsini vacib sayırlar. Onların fikrincə, zarafat belə, dozasında olmalıdır, yaxşı münasibətdə də, dava-dalaşda da hörməti aradan götürməmək lazımdır. Müsahiblərimiz pediatr Xəyalə Qurbanova və sahibkar Musa Qurbanovdur. Beş ilə yaxındır bir damın altında yaşayan qurbanovlar ailəsinin Cahid adında 3 yaşlı oğlanları və Nur adlı 2 aylıq qızları var.

Məni rəqsə dəvət etdi və...

Hər ikisi uzun illər "Amway” (Amvey) şirkətinin üzvü olsalar da, bir-birlərindən xəbərləri olmayıb. 2011-ci ilin sentyabrında sözügedən şirkət ən yaxşı işçiləri Kiyevə səyahətə apararkən, ilk dəfə bir-birlərini görürlər: "Musa tək oturmuşdu. Yaxınlaşıb xahiş etdim ki, mümkünsə, yerimizi dəyişək. Çünki mən rəfiqəmlə birlikdə oturmaq istəyirdim, iki nəfərlik uyğun yer də ora idi. İlk baxışda sevgi, yaxud türklər demiş "çarpılma” olmadı. Bir insan kimi yol boyu xoş təsir bağışladı. Qayıdandan sonra münasibəti sosial şəbəkələrdə davam etdirdik. Üç ay müddətində aramızda sırf dost münasibətləri oldu. Dekabrda çalışdığımız şirkətin yeni il şənliyində qarşılaşdıq və bu tədbirdən sonra münasibətlərimiz dostluqdan çıxdı. Məni rəqsə dəvət etdi və ondan sonra dostluq münasibətləri sevgi münasibətləri ilə əvəzləndi. Musanın imanlı olmağı məni "hə” deməyə vadar etdi”.
Musa deyir ki, öncə Xəyalənin sakit və müşahidəçi olduğunu hiss edib: "Onu fərqləndirən ilk xüsusiyyət bu oldu. Ünsiyyət qurduqda gördüm ki, insanları düzgün təhlil edə bilir, yerində susmağı, səbir etməyi, lazım gəldikdə isə qorxmadan mərdcəsinə sözünü deməyi bacarır. Əslində məni özünə cəlb edən xüsusiyyətləri çoxdur. Amma ilk olaraq sadaladıqlarım xüsusiyyətləri məni cəlb etdi və ona evlənmək təklifi etdim”.


banner

Oxşar Xəbərlər