• cümə axşamı, 18 aprel, 05:17
  • Baku Bakı 15°C

QHT sədri Ukraynadakı "Qafqaz" xalq rəqs ansamblına millli geyimlər hədiyyə edib

19.09.18 15:45 751
QHT sədri Ukraynadakı "Qafqaz" xalq rəqs ansamblına millli geyimlər hədiyyə edib
Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyinin sədri Laləndar Novruzova Ukraynada fəaliyyət göstərən "Qafqaz" xalq rəqs ansamblına millli rəqs paltarları hədiyyə edib. Laləndar Novruzova tərəfindən bu nəcib addım Azərbaycan mədəniyyətinin xaricdə tanınmasına və təbliğinə dəstək, Ukraynadakı soydaşlarımızın fəaliyyətinə stimul olaraq atılıb.
"Qafqaz" xalq rəqs ansamblının rəhbəri Nicat Mirzəyev kollektiv adından Laləndar Novruzovaya bu xeyirxah əməlinə görə təşəkkür edib: "Xaricdə ölkəmizi, eləcə də mədəniyyətimizi, adət-ənənələrimizi tanıtmaq nə qədər çətin olsa da, şərəflidir. Göstərilən diqqət, qayğı bizi fərəhləndirir. Hörmətli Laləndar Novruzovnın ansambıla rəqs paltarları hədiyyə etməsi bizdə işimizə motivasiya yaradır. Ona bu nümunəvi addımına görə ansamblımız adından təşəkkür edirəm".
Laləndar Novruzovanın rəhbəri olduğu Me-Marelli MİLLİ MƏRKƏZ-də hazırlanan paltarları Kiyevdə "Qafqaz" xalq rəqs ansamblının kolektivinə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə təqdim edib.
Yeri gəlmişkən, "Qafqaz" xalq rəqs ansamblının kollektivi xaricdə Azərbaycan mədəniyyətini aktiv təbliğ etdiyinə görə Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyi tərəfindən Diplomla təltif edilib.
banner

Oxşar Xəbərlər