• çərşənbə axşamı, 19 mart, 12:14
  • Baku Bakı 8°C

QHT sədri: Seçkilərin qanunvericiliyə uyğun keçirilməsi üçün zəruri addımlar atılır

15.03.18 15:35 850
QHT sədri: Seçkilərin qanunvericiliyə uyğun keçirilməsi üçün zəruri addımlar atılır
"Bildiyimiz kimi bütün ölkələrin həyatında ən vacib siyasi hadisələrdən biri də seçkilərdir. Müvafiq qanunvericiliyə uyğun olaraq hər bir dövlətin vətəndaşları seçki vasitəsilə özünün idarəçilərini, hakimiyyət orqanlarını formalaşdırırlar. Bu cəhətdən düşünürəm ki, 11 aprel seçkilərinə də qeyd etdiyim kontekstdən baxmaq lazımdır. Ona fövqəladə bir don geyindirərək, ətrafında hansısa bir ajiotaj yaratmağa çalışaraq, qarayaxma kampaniyasını daha da gücləndirərək Azərbaycanda keçiriləcək 11 aprel seçkilərinə öncədən mənfi qiymət vermək cəhdləri tamamilə əbəsvə nəticəsizdir".
Sechki-2018.az saytının xəbərinə görə, bufikirləriDemokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud deyib.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyi seçki prosesinin hansı prosedurlar üzrə keçirilməsi ilə bağlı bütün bəndləri konkret olaraq özündə əks etdirir və hazırda seçki prosesinin şəffaf, qanunvericiliyə uyğun keçirilməsi üçün bütün zəruri addımlar atılır: "Mərkəzi Seçki Komissiyasından (MSK) məntəqə seçki komissiyalarına qədər bütün seçki strukturları aktiv fəaliyyət göstərir,qanunlara və normativ aktlara uyğun olaraqbütün öhdəliklər yerinə yetirilir. MSK-nın nəzdində "Seçki-2018" Müstəqil Media Mərkəzi də fəaliyyət göstərir. İstənilən kütləvi informasiya vasitəsi oradan istifadə etməklə seçki prosesi ilə bağlı bütün məlumatları izləmək imkanına malikdir".

"MSKindiyədək 7 prezidentliyə namizədin namizədliyini təsdiq edib. Növbəti həftəprezidentliyə namizədlərin təbliğat və təşviqat prosesinə start veriləcək. Təbii ki, bununla bağlı MSK-nın müvafiq qərarları olacaq. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki missiyası Azərbaycanda prezident seçkilərini müşahidə etməklə bağlı qərar verib. Düşünürəm ki, bütün bunlar ölkəmizdə 11 aprel seçkilərinin azad, ədalətli vəşəffaf bir şəkildə baş tutmasına şərait yaradır", - deyə QHT sədri qeyd edib.
banner

Oxşar Xəbərlər