• şənbə, 20 Aprel, 02:32
  • Baku Bakı 15°C

QHT-lərin mühasibat uçotu qaydaları təsdiqlənib

13.01.19 10:08 638
QHT-lərin mühasibat uçotu qaydaları təsdiqlənib
"İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasənqeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilib.
"Report" xəbər verir ki, bu barədə qərarı baş nazirNovruz Məmmədov imzalayıb.
"Mühasibat uçotu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2018-ci il 4 may tarixli Qanununun tətbiqi və "Mühasibat uçotu haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli fərmanında dəyişiklik edilməsi haqqında” 2018-ci il 1 iyun tarixli fərmanın 1.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə "İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq olunub.
Daha əvvəl məlum olub ki, "Mühasibat uçotu haqqında” qanuna edilən dəyişikliklərə əsasən,Dövlət İmtahan Mərkəzi(DİM) "peşəkar mühasib sertifikatı”verəcək.

banner

Oxşar Xəbərlər