AZE | RUS | ENG |

QHT-lərin mühasibat uçotu qaydaları təsdiqlənib

QHT-lərin mühasibat uçotu qaydaları təsdiqlənib
"İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilib.
 
"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
 
"Mühasibat uçotu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2018-ci il 4 may tarixli Qanununun tətbiqi və "Mühasibat uçotu haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli fərmanında dəyişiklik edilməsi haqqında” 2018-ci il 1 iyun tarixli fərmanın 1.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə "İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq olunub. 
 
Daha əvvəl məlum olub ki, "Mühasibat uçotu haqqında” qanuna edilən dəyişikliklərə əsasən, Dövlət İmtahan Mərkəzi (DİM) "peşəkar mühasib sertifikatı” verəcək.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN