• şənbə, 20 Aprel, 01:18
  • Baku Bakı 15°C

QHT Koalisiyasının üzvləri MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə müraciət edib

07.03.17 12:20 863
QHT Koalisiyasının üzvləri MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə müraciət edib
"Mədən sənayesində şəffaflığın artırılması" (MSŞA) QHT Koalisiyasının 94 üzvü Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinə müraciət edib.
"APA-Economics"in məlumatına görə, MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin martın 8-9-da Kolumbiyanın paytaxtı, Boqota şəhərində keçiriləcək iclası ərəfəsində Azərbaycanın MHŞT-da üzvlüyü ilə bağlı Beynəlxalq İdarə Heyəti və Katibliyinə koalisiya üzvləri adından ünvanlanan müraciəti 140 üzvdən 94 təşkilat, koalisiya üzvlərinin 3/4-üdəstəkləyib. Artıq müraciət MHŞT üzrə Beynəlxalq İdarə Heyəti və Katibliyə göndərilib.
Martın 6-da Beynəlxalq Katibliyin nümayəndəsi xanım Olyana Valiqura ilə "Skype" vasitəsilə yaranmış vəziyyətin bütün aspektləri barədə geniş müzakirələr aparılıb. Müraciət barədə məlumat verilib. O.Valiqura müraciəti İdarə Heyətinə təqdim edəcəyini bildirib.
Həmçinin, QHT qanunvericiliyinə son dəyişikliklərlə bağlı yerli və beynəlxalq təşkilatlar tərəfindən hazırlanan arayışlar da İdarə Heyəti üzvlərinə təqdim edilməsi üçün Beynəlxalq Katibliyə göndərilib.
"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev "APA-Economics"ə faktı təsdiqləyərək bildirib ki, iclasın bir neçə ssenari üzrə keçirilməsi ehtimal olunur: "Birinci ssenari Azərbaycanın statusunun bərpası, ikinci ssenari namizədlik statusunun davam etdirilməsi üçün vaxtın verilməsi, üçüncü ssenari dayandırılması, dördüncü ssenari isə çıxarılmasını nəzərdə tutur. Əslində, sonuncu ssenarini istisna edə bilərik. Çox təəssüf ki, Şuranın 11 üzvündən 6-sı təhrif olunmuş faktlara əsaslanan müraciət ünvanlayıblar və bu müraciəti Azərbaycanın üzvlüyünün dayandırılması üçün əsas hesab edirlər. Lakin Koalisiyanın üzvlərinin mütləq əksəriyyəti hesab edir ki, nüfuzunu itirmiş həmin şəxslər uzurpasiya ilə məşğuldurlar. Buna görə, Koalisiyanın 140 üzvündən 94-ü müraciət edərək bildiriblər ki, Azərbaycan prezidenti vəNazirlər Kabinetitərəfindən qəbul olunmuş sonuncu qərarlar qrantların əldə olunması istiqamətində ciddi irəliləyişlərin əldə olunmasına rəvac verəcək. Doğrudan da son illər ərzində vətəndaş cəmiyyəti mühitinin yaxşılaşdırılması istiqamətində ciddi irəliləyişlər əldə olunub. Eyni zamanda, Koalisiya üzvlərinin üzləşdiyi problemlərin mütləq əksəriyyəti öz həllini tapıb. Bu proses davamlı hala çevrilib və bu irəliləyişi, dinamikanı görmək lazımdır. Buna əsaslanaraq, 94 nəfər İdarə Heyətinə müraciət ünvanlayıb və Koalisiyanın iradəsinə hörmətlə yanaşmağı xahiş edir. Koalisiya üzlərinin mütləq əksəriyyəti Azərbaycanın MHŞT-da fəaliyyətinin davam etdirilməsinin tərəfdarıdır".
Azərbaycanda vətəndaş cəmiyyəti mühitində çox ciddi islahatların aparıldığını qeyd edən Ə.Nuriyev bildirib ki, ölkəmizin MHŞT-dan kənarda qalması vətəndaş cəmiyyətinə ciddi zərbə vuracaq.
MÜRACİƏTİN MƏTNİ ƏLAVƏ OLUNUR:
İctimai Birliklərin "Mədən sənayesində şəffaflığın artırılması" (MSŞA) QHT Koalisiyası üzvlərinin MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə
MÜRACİƏTİ
Hörmətli İdarə Heyəti üzvləri,
2017-ci il 08-09 mart tarixində, Kolumbiyanın paytaxtı Boqota şəhərində keçiriləcəkMHŞT üzrə Beynəlxalq İdarə Heyətinin növbəti toplantısı ərəfəsində Sizlərə müraciət edirik. Azərbaycanın MHŞT-də iştirakını, bu sahədə indiyə qədər görülən işləri, təşəbbüsləri ölkəmiz, yerli vətəndaş cəmiyyəti üçünvacib hesab edirik. MHŞTölkəmizdə şəffaflığın və hesabatlılığın tətbiqi,gəlirlərin düzgün idarə edilməsi, ictimai iştirakçılığı dəstəkləməklə yeni islahatlar mərhələsinə qədəm qoyan Azərbaycan üçün çox fayda verir.MHŞT eyni zamanda yerli vətəndaş cəmiyyətinə hökumətlə əməkdaşlıq, müzakirə və qərarların qəbulu prosesində iştirak imkanları təqdim edir.Bu baxımdan Azərbaycanın MHŞT-də fəaliyyətinin davam etməsi yerli vətəndaş cəmiyyəti üçün də çox mühümdür vətaleyüklü məsələdir.
MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin Boqota toplantısında növbəti dəfə Azərbaycanın üzvlüyü məsələsi müzakirə olunacaq.
Biz aşağıda imza edən MSŞA Koalisiyası üzvləri mövqeyimizi və rəyimizi Sizlərin diqqətinə çatdırmaq istərdik.
Bir daha qeyd edək ki, yerli vətəndaş cəmiyyəti təmsilçiləri olaraq birmənalı şəkildə AzərbaycanınMHŞT-də fəaliyyətinin davam etdirməsinin tərəfdarıyıq. Hesab edirik ki, Azərbaycanın MHŞT-də iştirakı ilk növbədə Azərbaycan vətəndaş cəmiyyəti üçün çox önəmlidir həm təbii ehtiyatların işlənməsinə nəzarət baxımından həm də Vətəndaş Cəmiyyətinin inkişafı və rolunun artması baxımından. Azərbaycanın üzvlüyünün dayandırılması çox tələsik addım olardı.
15 aprel 2015-ci il tarixli iclasınızda Azərbaycan üçün təsdiq etdiyinizİslahediciTədbirlər Planı və Astana toplantısında irəli sürülən tədbirlərin icra olunmasından sonra vəziyyətin müsbətə doğru dəyişməsi ilə bağlı hökumət tərəfindən bir sıra əhəmiyyətli addımlar atılıb. Koalisiya üzvlərinin üzləşdikləri praktiki problemlər əsasən həll edilib, qrantların qeydiyyatı prosedurlarında və donorların fəaliyyətini tənzimləyən qaydalarda xeyli sadələşdirmələrə dair hökumət müvafiq qərarlar qəbul edib (ölkə prezidentinin21 oktyabr 2016-cı il tarixli fərmanı, Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli və24 yanvar 2017-ci il tarixli qərarları).
Bu qərarlar həm yerli QHT-lər həm də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən təqdir edilirvə vətəndaş cəmiyyətinin öncəki fəaliyyətinin bərpasına zəminlər yaradıb (Rəylər əlavə olunur).
Vətəndaş cəmiyyəti təmsilçiləri olaraq bütün gücümüzlə bu cür müsbət dəyişiklərə təkan verməyə çalışırıq. Hökumətlə müzakirələr deməyə əsas verir ki, bu proses artıq davamlı xarakter alıb və mövcud probelmlərin həlli istiqamətində qərarların qəbulu davam edəcəkdir.
Xüsusi olaraq bir daha bəyan edirik ki, indiki mərhələdə, dəyişikliklərə start verildiyi bir vaxtda ölkəmizin MHŞT-də iştirakı vətəndaş cəmiyyətinin inkişafı və gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
banner

Oxşar Xəbərlər