• şənbə, 20 Aprel, 08:50
  • Baku Bakı 14°C

Qəzzadakı toqquşmalarda 4 fələstinli ölüb, 400-ü xəsarət alıb

16.12.17 09:45 2222
Qəzzadakı toqquşmalarda 4 fələstinli ölüb, 400-ü xəsarət alıb
Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 4 nəfər ölüb, 400-ə yaxını nəfər xəsarət alıb.
APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Muxtariyyətinin Səhiyyə nazirliyi məlumat verib.
Məlumata əsasən, İordan çayının qərb sahili və Qəzza zolağında vəziyyət cümə namazından sonra gərginləşib. Fələstinlilər avtomobil şinlərini yandırıb, hərbçiləri daşa basıblar. Buna cavab olaraq hərbçilər etirazçılara qarşı müxtəlif növ silahlardan və gözyaşardıcı qazdan istifadə ediblər. Sutka ərzində 400-ə yaxın fələstinlinin müxtəlif dərəcəli xəsarət aldığı bildirilir.
Qeyd olunur ki, bu, ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanınmasından sonra qeydə alınan ən şiddətli toqquşmalardır. Son məlumatlara əsasən, etirazlar başlanandan İsrail hərbçiləri ilə toqquşmalarda 8 fələstinli həlak olub.
banner

Oxşar Xəbərlər