• cümə, 29 Mart, 05:32
  • Baku Bakı 7°C

Qəzzada dəhşət anları - Video

24.07.14 08:38 1313
Qəzzada dəhşət anları - Video
Məlumata görə, video binanın partladılmasından sonra baş verən çəkilişdir. Çəkilişdə partlayışdan qəlpə yarası alan gənc oğlanın silah səsləri eşitdikdə durub qaçmağa çalışması uğursuz alınır. Belə ki, ordu tərəfindən istiqamətli atəş nəticəsində qaçmaq istəyən gənc ayağından yaralanır və sümüyü sınır. Yaralı həmyerlilərinin dəstəyi ilə qırmızı xaç və qırmızı aypara maşınları olan bölgəyə çatdırılır və təcili tibbi maşınla götürülür.
Qeyd edək ki, "Qoruyucu xətt" adı altında 7 İyulda Qəzzanı havadan vurmağa başlayan İsrail ordusu, 17 İyul Cümə axşamı qurudan hücuma keçib.
Hücumların başladığı gündən bu yana artıq Qəzzada 700 adam həyatını itirib, 5 minə yaxın insan yaralanıb.
Ölənlərdən 162-sinin uşaq, 78-nin isə qadın olduğu bildirilir./anspress.com/
banner

Oxşar Xəbərlər