• cümə axşamı, 18 aprel, 21:28
  • Baku Bakı 21°C

Qəzza faciəsi: ölən fələstinlilərin sayı 500-ü keçdi

21.07.14 12:01 932
Qəzza faciəsi: ölən fələstinlilərin sayı 500-ü keçdi
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Həmçinin məlum olub ki, İsrail ordusunun hücumları nəticəsində 3150 nəfər fələstinli yaralanıb.
Qeyd olunub ki, İsrail hərbi təyyarələrinin Qəzzanın cənubundakı Xan Yunus şəhərinə hücumundan sonra bir ailəyə məxsus evin dağıntıları altından 6-sı uşaq olmaqla, 9 nəfərin cəsədi çıxarılıb. Rəfah şəhərinə hücum nəticəsində isə 7-si uşaq olmaqla 9 nəfər həlak olub, 20 nəfər yaralanıb.
banner

Oxşar Xəbərlər