• cümə axşamı, 25 aprel, 19:20
  • Baku Bakı 21°C

Qəzəbləndi - “Real”ın sahibi Ronaldo deyil

08.06.18 11:20 710
Qəzəbləndi - “Real”ın sahibi Ronaldo deyil
"Real”ın futbolçusu Marselo PSJ-də çıxış edən həmyerlisi Neymarın "kral klubu”na transfer olunacağı barədə gedən müzakirələrə qoşulub.
Kaspi.az xəbər verir ki, mətbuatda belə bir iddia səslənib ki, Ronaldonun "Real”da olması Neymarın keçidini əngəlləyir. Marselo bu iddiaya sərt formada münasibət bildirib:
"Ronaldo "Real”ın sahibi deyil. Nəyə görə Ronaldo komandada olduğu təqdirdə Neymar "Real”a keçə bilməz?
"Real”ın qapıları onun üzünə həmişə açıqdır. Madriddə həmişə ən yaxşı futbolçuları görmək istəyiblər. Neymar nə vaxtsa "Real”da peyda olacaq”.
banner

Oxşar Xəbərlər