• cümə axşamı, 25 aprel, 14:09
  • Baku Bakı 23°C

Qəzəbləndi, Poqbanı kapitanlıqdan məhrum etdi

26.09.18 10:25 538
Qəzəbləndi, Poqbanı kapitanlıqdan məhrum etdi
"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Pol Poqbanın tənqidi fikirlərindən sonra bərk qəzəblənib.
Kaspi.az xəbər verir ki, Mourinyo Poqbanı kapitan sarğısından məhrum edib. O, futbolçulara bildirib ki, Pol bir daha komandanı kapitan kimi meydana çıxartmayacaq.
Bununla da Mourinyo sübut etmək istəyib ki, MY-də əsl avtoritet özüdür və heç kim ondan böyük olmağa səy göstərməməlidir.
Qeyd edək ki, "Vulverhemton”la oyundan (1:1) sonra Pol Poqba Mourinyonun taktikasını kəskin tənqid etmişdi. O bildirmişdi ki, komanda daha çox hücum etməli və hərəkətdə olmalıdır.
banner

Oxşar Xəbərlər