• cümə, 26 Aprel, 16:50
  • Baku Bakı 23°C

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb

20.08.19 13:06 13921
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb.
Pilotun qayınatası Qabil HüseynliAPA-ya bildirib ki, Rəşad Atakişiyevin meyitinin qalıqları tapılaraq sudan çıxarılıb.
Sabah səhər Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində pilotla vida mərasimi keçiriləcək.
MərhumII Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
banner

Oxşar Xəbərlər