Qəzada xəsarət almış Gədəbəy sakini evdə ölüb

Qəzada xəsarət almış Gədəbəy sakini evdə ölüb

Kriminal
19 İyul 2019, 13:52 21593
Gədəbəy rayon sakini Nəriman Quliyev yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 17-də saat 13 radələrində Gədəbəy rayonunun Qaraməmmədli kəndi ərazisində rayon sakinləri - Nəriman Quliyevin idarə etdiyi "VAZ-2121” və S.Babayevin idarə etdiyi "Honda” markalı avtomobillər toqquşub. Nəticədə xəsarət almış N.Qədimov iyulun 18-də yaşadığı evdə ölüb.
Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.