• çərşənbə, 24 Aprel, 23:36
  • Baku Bakı 23°C

Qeyri-sabit hava şəraiti oktyabrın 27-dək davam edəcək

24.10.16 12:31 851
Qeyri-sabit hava şəraiti oktyabrın 27-dək davam edəcək
Azərbaycandahavaşəraitinin dəyişəcəyi ilə bağlı rəsmi xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər NazirlyindənAPA-ya verilən xəbərə görə, ölkə ərazisində qeyri-sabithavaşəraitinin oktyabrın 27-dək davam edəcəyi, arabir yağışyağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar,qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı proqnozlaşdırılır.Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti,Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacaq.Atmosfer təzyiqi normadan artıq, 773 mm civə sütunu, nisbi rütubət 85-95% təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlardasulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdəarabir güclənəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-13° isti, dağlarda gecə3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.
banner

Oxşar Xəbərlər