• şənbə, 27 Aprel, 00:41
  • Baku Bakı 14°C

Qeyri-sabit hava şəraiti davam edəcək - Proqnoz

19.09.14 13:56 1114
Qeyri-sabit hava şəraiti davam edəcək - Proqnoz
Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, mülayim şimal-şərq küləyi gecəyə doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-21, gündüz 24-27 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sentyabrın 20-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər