• şənbə, 20 Aprel, 13:32
  • Baku Bakı 23°C

Qeyri-sabit hava nə vaxtadək davam edəcək? - Proqnoz

12.05.15 06:29 869
Qeyri-sabit hava nə vaxtadək davam edəcək? - Proqnoz
Ötən günlər ərzində respublikanın əksər ərazilərində yağış yağıb, bəzi yerlərdə intensiv olub

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 16-dək davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, ötən günlər ərzində respublikanın əksər ərazilərində yağış yağıb, bəzi yerlərdə intensiv olub.
Ən çox yağış Böyük Qafqazın Balakən-Şəki bölgəsində qeydə alınıb.
Hazırda ölkə ərazisində müşahidə olunan temperatur iqlim norması daxilindədir. Müşahidə edilən qeyri sabit, yağıntılı hava şəraiti mayın 16-dək davam edəcək.
Bakı və Abşeron yarımadasında bu cür temperatur rejiminin yaxın 2-3 ərzində davam edəcəyi gözlənilir. Hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq.
banner

Oxşar Xəbərlər