AZE | RUS | ENG |

Qeyri-neft ixracı bu il 17,8 faiz artıb - Nazir müavini

Qeyri-neft ixracı bu il 17,8 faiz artıb - Nazir müavini
Azərbaycanda qeyri-neft sektorunda ixrac 2017-2018-ci illərdə 36,5%, 2019-cu ilin 5 ayı ərzində isə 17,8% artıb.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
Nazir müavini bildirib ki, bu ilin ötən dövründə kənd təsərrüfatı və emalı məhsullarının ixracı 37,6% artıb. Sənaye parklarında istehsal olunmuş 1,4 milyard manata yaxın məhsulun 267 milyon manatlıq hissəsi ixrac olunub.
Azərbaycanın ixrac məhsullarının çeşidlərinin artdığını vurğulayan nazir müavini Azərbaycandan 2166 adda məhsulun xarici bazarlara çıxarıldığını diqqətə çatdırıb:
"Bununla yanaşı, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı da artır. Belə ki, bu ilin 5 ayı ərzində xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarların sayı 74% artaraq 18,4 minə çatıb".
R.Məmmədov qeyd edib ki, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə intensiv tədbirlər həyata keçirilir, xarici ölkələrə ardıcıl olaraq ixrac missiyaları təşkil edilir, nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı təmin olunur: "Qeyri-neft ixracının stimullaşdırılması, "Made in Azerbaijan” brendinin təşviqi məqsədilə indiyədək xarici ölkələrə 29 ixrac missiyası təşkil edilib. Azərbaycan məhsulları indiyədək 24 beynəlxalq sərgidə nümayiş olunub. Bu tədbirlər çərçivəsində Azərbaycan məhsullarının ixracına dair razılaşmalar əldə edilib, müqavilələr imzalanıb".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5981
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1277
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1818
CHF 1 1 İsveçrə frankı 1.7255
KWD 1 1 Küveyt dinarı 5.5849
TRY 1 1 Türkiyə lirəsi 0.2974