AZE | RUS | ENG |

Qətl törədən qardaşlara hökm oxunub

Qətl törədən qardaşlara hökm oxunub
Nəriman Hüseynov 15, Fərman Hüseynov isə 13 il müddətinə azadlıqdan məhrum edilib


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə qonşusunu qətlə yetirən şəxslərin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Sumqayıt şəhər sakinləri - Nəriman və Fərman Hüseynov qardaşları cavab verib. Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
İttihama görə, Quba rayonunun İsnovqışlaq kənd sakini, 39 yaşlı Eynulla Nemətovu qardaşının dostu olan Sumqayıt şəhər sakini, 46 yaşlı Nəriman Hüseynov və onun qardaşı Fərman xəncərlə qətlə yetirib.
Qanlı hadisənin başlanğıcı Nəriman Hüseynovun bir müddət əvvəl Eynulla Nemətovun rəhmətə gedən qardaşının yas mərasiminə gəlməməsi ilə qoyulub. Yas mərasimindən sonra Eynulla Nemətov qardaşının dostu Nəriman Hüseynova zəng edərək, yasa gəlməməsinin səbəbini soruşub. Nəriman isə cavabında onun ölməli adam olduğunu bildirib. Elə həmin andan E.Nemətov qisas hissi ilə alışıb-yanırmış. Hadisə baş verən gün axşam o, qədim xəncərlə silahlanaraq N.Hüseynovun yaşadığı evə gəlib. Onu həyətə çağıraraq xəncərlə vurmaq istəyib. Lakin birləşən Hüseynov qardaşları xəncəri onun əlindən alıblar və öz ürəyinə sancaraq, qətlə yetiriblər. Hüseynov qardaşları daha sonra Eynullanın bədəninin müxtəlif hissələrinə 19 xəncər zərbəsi vurublar.
Daha sonra onlar meyiti evin qarşısında, Bakı-Quba yolunun kənarına atıblar. Ertəsi gün hüquq-mühafizə orqanlarının əməkdaşları mərhumun meyitini tapıblar. Məhkəmənin hökmü ilə Nəriman Hüseynov 15 il, Fərman Hüseynov isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056