AZE | RUS | ENG |

Qətiyyətsizlər üçün kitab siyahısı

Qətiyyətsizlər üçün kitab siyahısı
Haradan və  nə zaman başlayırsınız başlayın, ədəbiyyatda mütləq yol, işıq, çarə tapacaqsınız. Eşq yarası, işsizlik, uğursuzluq və hətta qərarsızlığa belə çarələr təklif edən saysız-hesabsız nümunə var. Bunların hamısını oxumağın bir yararı olurmu, – xeyr. Bunlardan bir xeyir tapan varmı, – bəli. Eyni mahiyyətdə və janrda yaranan nümunələr bazarında güclü rəqabət olmasının başqa bir açıqlaması yoxdur. Yaxşı bir nümunənin hər on oxucudan üçünə müsbət təsirinin olması onun üçün kifayət qədər uğurlu reklamdır. Eynilə iqtisadiyyatda olduğu kimi ədəbiyyatda da bir janrın və ya mövzunun böyük maraq görməsi ədəbi istedad kapitalının oraya axması ilə nəticələnir. Xüsusilə də, qadın, kişi oxucu auditoriyasını ayıraraq yazılmış əsərlər maraqla qarşılanır. "Kirkus” redaktorları da bu nəzər nöqtəsindən yola çıxaraq, qətiyyətlə aldığı qərarlardan dönmüş, qərarsızlıqdan əziyyət çəkən xanımlar üçün "ideal bədii nümunə” hesab etdikləri kitabları seçiblər:
 
·  Meri Biyerd – "Qadınlar və güc” ("Women and power”)
·  Lidia Yuknaviç – "Uyğunsuzluq manifesti” ("The misfit’s manifesto”)
·  Cenni Disk – "Gözdən itən şahzadə” ("The vanishing princess”)
·  Reyşl İngelz – "Xanım Kaliban” ("Mrs.Caliban”)
·  A.J.Fin – "Pəncərədən boylanan qadın” ("The woman in the window”)
·  Ursula Le Quin – "Boşa xərclənəsi vaxt yoxdur” ("No time to spare”)
·  Kelli Korigeyn – "Yenə danış mənimlə” ("Tell me more”)
·  Oliviyer Rolin – "Stalinin meteoroloqu” ("Stalin’s meteorologist”)


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9326
GEL 1 1 Gürcüstan larisi 0.6403
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1384
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1872
CHF 1 1 İsveçrə frankı 1.7192
KWD 1 1 Küveyt dinarı 5.5886
TRY 1 1 Türkiyə lirəsi 0.3191