Qətərdəki stadionların tikintisində 1400 fəhlə ölüb
Almaniyanın WDR
telekanalı 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı üçün stadionların
tikintisi zamanı yol verilən nöqsanlar barədə sənədli film hazırlayıb.
Kaspi.az xəbər
verir ki, sənədli filmdə fəhlələrin hüquqlarının qorunmadığı, xeyli insanın
tikinti işləri zamanı öldüyü bildirilir. Sənədli filmdə qeyd olunur ki, Qətərdə
təkcə Nepaldan olan 1400 fəhlə ölüb.
Nepalın əmək
naziri Narayan Raqmi bu faktı təsdiqləyib. O, Qətərdəki stadionların tikintisi
zamanı xeyli nepallının öldüyünü bildirib:
"Bu faktdır ki,
xeyli nepallı bu Qətərdə ölüb. Amma mən dəqiq rəqəm söyləyə bilməyəcəyəm. Təkcə
onu deyə bilərəm ki, bu il Qətərə göndərdiyimiz fəhlələrin arasında xeyli ölənlər
var”.