• çərşənbə axşamı, 19 mart, 14:04
  • Baku Bakı 8°C

Qətərdə Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi üçün hər bir şərait yaradılıb

19.03.18 16:15 402
Qətərdə Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi üçün hər bir şərait yaradılıb
Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyində hazırlıq işləri davam edir. Sechki-2018.az saytının xəbərinə görə,bununla əlaqədar Azərbaycan Respublikasının Seçki Məcəlləsinə müvafiq olaraq, səfirlikdə iclas keçirilib və məntəqə seçki komissiyasının üzvləri müəyyən edilib. Səfirlikdə 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 50 saylı seçki məntəqəsində Qətər Dövlətində müvəqqəti yaşayan və işləyən Azərbaycan Respublikası vətəndaşlarının seçki hüququnun təmin edilməsi üçün hər bir şərait yaradılıb. Konsulluq qeydiyyatında olan səsvermə hüququna malik 81 nəfər vətəndaşımızın siyahısı tərtib edilib.
Seçki günü Qətərdə ezamiyyətdə olan vətəndaşlarımız da səfirliyə gələrək səsvermədə iştirak edə biləcəklər.
banner

Oxşar Xəbərlər