• cümə, 29 Mart, 00:05
  • Baku Bakı 7°C

Qətər millisinin baş məşqçisi: "Çempionlar Liqasında oynayan futbolçuları Azərbaycanla görüşdə yükləməyəcəyəm"

07.03.17 11:20 877
Qətər millisinin baş məşqçisi: "Çempionlar Liqasında oynayan futbolçuları Azərbaycanla görüşdə yükləməyəcəyəm"
Azərbaycan milli komandası ilə martın 9-da keçirəcəyi yoldaşlıq görüşündə Qətər yığmasına "Əl-Rayyan" və "Lekviya" klublarından çağırılmış futbolçular sonadək meydanda olmayacaqlar. "Report"un məlumatına görə, bu barədə ərəblərin baş məşqçisi Xorxe Fossati açıqlama verib.
O bildirib ki, səbəb hər iki komandanın Çempionlar Liqasının qrup mərhələsində İran təmsilçiləri ilə III tur matçlarının olmasıdır. Martın 14-də "Əl-Rayyan" evdə "Persepolis"lə, "Lekviya" isə səfərdə "İstiqlal"la qarşılaşacaq. Uruqvaylı mütəxəssis martın 23-də evdə İranla, martın 28-də isə Özbəkistanla səfərdə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçlarına hazır olmalarından ötrü bu klublardakı futbolçuları da Qətər millisində görmək istədiyini bildirib. Onlara Azərbaycanla oyunda 60-70 dəqiqə şans verəcəyini deyən Fossati "Əl-Rayyan" və "Lekviya"nın futbolçularını yükləməmək üçün ehtiyatlı olacağını söyləyib.
Qeyd edək ki, Qətər - Azərbaycan matçı martın 9-da Dohadakı Şeyx Cassim ibn Hamad adına stadionda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
banner

Oxşar Xəbərlər