• cümə axşamı, 18 aprel, 11:57
  • Baku Bakı 12°C

Qətər əmirinin hesabını jurnalistdən ödəməyi tələb etdilər

15.07.18 14:10 556
Qətər əmirinin hesabını jurnalistdən ödəməyi tələb etdilər
Braziliyalı jurnalist Camil Çeyd Moskvada qəribə situasiya ilə üzləşib.
Kaspi.az xəbər verir ki, Camilin məskunlaşdığı oteldə bir neçə gün əvvəl Rusiyaya gələn Qətər əmiri Tamim bin Hamad Al Tani də məskunlaşıb. Jurnalist otelin restoranında şam edərkən, əmir də təsadüfən orda olub.
Qətər əmiri kofe içərək restoranı tərk edib. Restoranın əməkdaşları isə əmirin ödəməli olduğu hesabı jurnalistdən tələb ediblər. Bunun üçün ona çek də təqdim edilib.
Camil məsələ ilə bağlı sosial şəbəkədə yazıb və çekin şəklini də yayıb. Bundan sonra onu oteldən qovublar. Səbəb kimi isə əmirin şəxsi həyatına narahatlıq yaratmasını göstəriblər.
Ancaq sonradan otel əməkdaşları səhvlərini anlayaraq, jurnalsitin geri qayıtmasına icazə veriblər.
banner

Oxşar Xəbərlər