Qətər əmiri əhalini yağış duasına çağırdı

Qətər əmiri əhalini yağış duasına çağırdı

Təfsilat
13 Noyabr 2019, 15:39 412
Qətər əmiri Tamin bin Həməd əl-Tani ölkə əhalisini noyabrın 14-də "yağış duası" mərasiminə çağırıb.

Trend-in məlumatına görə, əmir dua mərasiminin bütün ölkədə keçirilməsini tapşırıb.

Onun özünün də məscidlərin birində mərasimdə iştirak edəcəyi bildirilib.

Qeyd olunur ki, Qətərdə aprel ayından bəri yağış yağmayıb. Oktyabr ayından yağışların olacağı proqnozlaşdırılsa da, yağıntılar çox qısamüddətli olub.