• şənbə, 20 Aprel, 04:34
  • Baku Bakı 15°C

Qətər bir söz deyir, İnfantino bir söz

14.12.18 11:15 658
Qətər bir söz deyir, İnfantino bir söz
Bir müddət əvvəl DÇ-2022-inin oyunlarının bir neçə ölkədə keçirilə biləcəyi ilə bağlı məlumat yayılmışdı.
Kaspi.az xəbər verir ki, mətbuat bu məlumatı FİFA prezidenti Canni İnfantinonun fikirlərini əsas gətirərək yaymışdı. İnfantino bildirmişdi ki, DÇ-2022-də 48 komanda iştirak edəcəyi təqdirdə, oyunlar bir neçə ölkədə keçirilə bilər.
Ancaq Qətər rəsmiləri bu məlumatı təkzib edərək, belə bir planın olmadığını bildirmişdilər. FİFA prezidenti növbəti dəfə məsələ ilə bağlı açıqlama verib. O, bu dəfə də fikrində qalıb: "DÇ-2022-də oyunların bir neçə ölkədə keçirilməsi təşəbbüsü var”.
DÇ-2022 noyabr-dekabr aylarında keçiriləcək.
banner

Oxşar Xəbərlər