• çərşənbə axşamı, 16 aprel, 18:19
  • Baku Bakı 18°C

Qəsdən adam öldürmələr 13,8, adam öldürməyə cəhdlər 18,5 faiz azalıb

17.09.19 12:30 663
Qəsdən adam öldürmələr 13,8, adam öldürməyə cəhdlər 18,5 faiz azalıb
Bu ilin 8 ayında asayişin və ictimai təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələr bütövlükdə layiqincə yerinə yetirilib, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunmuş müsbət nəticələr hesabat dövründə də qorunub-saxlanılıb.
AZƏRTACxəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov sentyabrın 16-da Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında deyib.
Nazir 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələrin 13,8, adam öldürməyə cəhdlərin 18,5, qəsdən sağlamlığa ağır zərərvurmaların 1,8, odlu silahın tətbiqi ilə törədilən cinayətlərin 7,5, mülkiyyət əleyhinə olan cinayətlərin 12,2, o cümlədən quldurluqların 7, hədə-qorxu ilə tələb etmələrin 19, dələduzluqların 27 faiz azaldığını, habelə cinayətlərin açılmasının yüksək olduğunu qeyd edib.
banner

Oxşar Xəbərlər