• cümə axşamı, 18 aprel, 07:53
  • Baku Bakı 12°C

Qərbin Mərkəzi Asiyaya münasibəti dəyişir

16.11.17 09:45 1709
Qərbin Mərkəzi Asiyaya münasibəti dəyişir
Avropa İttifaqı bundan sonra Mərkəzi Asiya regionunu benefeçiariya, yəni mənfəət, qismində deyil, iqtisadi tərəfdaş kimi nəzərdən keçirəcək. Qərb artıq bu regionu avropa investisiyaları üçün cəlbedici yer kimi görməyə başlayır. Bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini bəyan edib. Onun sözlərinə görə, yaxın aylar ərzində yeni "Aİ-Mərkəzi Asiya” strategiyası qəbul olunacaq. Ekspertlər hesab edir ki, Aİ bununla da Mərkəzi Asiya regionunda Çin və Rusiyanın aktivləşməsi fonunda mövqelərini gücləndirməyə can atır. Səmərqənddə keçirilən konfransda çıxış edən Mogerini bildirib ki, "region ölkələri hələ indiki kimi görünməmiş şəkildə birgə işləmək istiqamətində güclü səy göstərməyiblər. Belə bir pozitiv və konstruktiv dialoq olmayıb. Biz qarşılıqlı etimadın pikindəyik, lakin bunu yekun məqsəd kimi deyil, yeni hesablama nöqtəsi kimi görürük”, - deyə Mogerini Səmərqənddə "Mərkəzi Asiya: bir keçmiş və ümumi gələcək. Daimi inkişaf və ümumi çiçəklənmə” mövzusunda keçirilən konfransda bildirib. Onun sözlərinə görə, Aİ Mərkəzi Asiya ölkələri ilə ticarətin inkişaf etdirilməsində maraqlıdır. Bu da Qərbə 70 milyonluq bazara girməyə imkan verəcək. Aİ regional inteqrasiya, iqtisadi islahatlar və ümumi qərarların axtarışı prosesinə yardım etməyə hazır olduğunu bəyan edib. Bu məqsədlə regiona maliyyə yardımın ayrılması da nəzərdə tutulur. Qərb mediası yazır ki, Aİ indiyə qədər regionda ümumi dəyəri 230 mln. avro olan 110 layihəni maliyyələşdirib. Əməkdaşlıq strategiyasına 2017-ci ilin sonunda baxılmalı idi. Lakin bu, baş vermədi. Sadəcə, Avropanın başqa işləri də var, həm də qurumun bunun üçün pulu da yoxdur. Regionda isə Rusiya və Çin aktiv fəaliyyət göstərir. Bu səbəbdən də daha çox infrastruktur layihələrinin reallaşmasına, eləcə də, Əfqanıstanın bu layihələrə cəlb edilməsinə daha çox diqqət ayrılması təklif olunur. Bu məsələdə Aİ və Mərkəzi Asiyanın maraqları üst-üstə düşür. Konfransa xüsusi vurğulanıb ki, sərhəd məsələlərinin həlli Mərkəzi Asiya dövlətləri üçün zəruridir.
Özbəkistan prezidenti Şövkət Mirzoyeyev isə konfransda bildirib ki, artıq ölkəsi bu istiqamətdə uğurlu nəticələr əldə edib. Özbək lider bəyan edib ki, bölgə dövlətlərinin iştirakı ilə yeni beynəlxalq inteqrasiya strukturun yaradılmasına ehtiyac duyulur. Onun bu ideyasına Qazaxıstan prezidenti Nursultan Nazarbayev müsbət reaksiya verib. Digər liderlər də bu təklifə loyal yanaşıblar. Astana gələn ilin mart ayında bu istiqamətdə sammitin keçirilməsinə ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Bəs görəsən Rusiya bu yeni inteqrasiya layihəsinə necə reaksiya verəcək? Kreml onun iştirakı olmadan bölgədə hansısa bir inteqrasiya layihəsinin qəbuluna qısqanclıqla yanaşır. Artıq MDB-nin icraçı katibi Sergey Lebedov bildirib ki, iqtisadi yüksəliş olmadan hansısa etibarlı layihədən danışmaq tezdir. Özbək politoloq Rafik Sayfulin isə hesab edir ki, "il ərzində güc yığan tendensiya gələcəkdə də inkişaf etməkdə davam edəcək. Bu da Mərkəzi Asiya regionunda yeni geosiyasi mozaika formalaşdıracaq”. Onun sözlərinə görə, bu sırada Daşkənddə keçirilən konfrans mühüm əhəmiyyət kəsb edir. "Bu konfrans regionda ümumi razılığın əldə olunması istiqamətində mühüm bir addım olacaq”, - deyə politoloq sonda vurğulayıb.
Azər
banner

Oxşar Xəbərlər