• cümə, 29 Mart, 12:29
  • Baku Bakı 14°C

Qərbi-Qazaxıstan Vilayətinin Estrada-Simfonik Orkestrinin konserti keçiriləcək

26.06.19 18:30 1384
Qərbi-Qazaxıstan Vilayətinin Estrada-Simfonik Orkestrinin konserti keçiriləcək
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Qərbi-Qazaxıstan Vilayətinin Estrada-Simfonik Orkestrinin konserti keçiriləcək. Bakıda təşkil olunacaq konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan solistləri çıxış edəcəklər. Konsertin təşkilatçıları həmçinin Azərbaycan Mədəniyyət Nazirliyi və Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyidir. İyulun 4-de keçiriləcək konsert Rəşid Behbudov adına Mahnı Teatrında saat 19:00-da baş tutacaq.
banner

Oxşar Xəbərlər