• cümə, 26 Aprel, 19:26
  • Baku Bakı 22°C

Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilib

19.01.18 17:08 746
Qərbi Kaspi Universitetində imtahanlarla bağlı mediatur təşkil edilib
Bu gün Qərbi Kaspi Universitetində imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin və QHT nümayəndələrinin iştirakı ilə mediatur təşkil olundu. Universitetin Tədris Hissə müdiri Nazim Abbasov və İmtahan və Keyfiyyətə Nəzarət Mərkəzinin rəhbəri Könül Hilal imtahanların təşkili və gedişatı barədə qonaqlara məlumat verdilər. Bildirildi ki, hər imtahan sessiyasında olduğu kimi bu ilki qış imtahan sessiyasında da universitetdə Appelliyasiya Komissiyası yaradılıb və bu komissiya müraciətləri ədalətli şəkildə qiymətləndirir.

Qeyd edildi ki, Qərbi Kaspi Universiteti imtahanlarda "Keys həlli”, "Açıq kitab”, "Təqdimat” kimi unikal imtahan modelləri tətbiq edir. Bu modellər tələbələrdə məntiqi təfəkkür və təhlil qabiliyyəti formalaşdırır, onların bilik və bacarıqlarını bu baxımdan qiymətləndirir.

Eyni zamanda bildirildi ki, tələbələr imtahanların nəticələri barədə məlumatları universitetin saytından, öz şəxsi kabinetlərinə daxil olaraq əldə edə bilirlər.

Müxtəlif auditoriyalarda imtahanların gedişini müşahidə edən KİV və QHT təmsilçiləri imtahan prosesin təşkili və gedişatından razılıqlarını ifadə edib, imtahanlarda obyektivlik və şəffaflığın təmin edildiyini, qabaqcıl texnologiyaların tətbiq olunduğunu qeyd etdilər.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev jurnalistlərə açıqlamasında imtahan formalarındakı çoxmodelliliyin əhəmiyyətli yenilik olduğunu bildirib.

Təhsil üzrə tanınmış ekspert Etibar Əliyev Qərbi Kaspi Universitetinin imtahanların izlənməsi ilə bağlı təşəbbüsünü təqdirəlayiq hal kimi qiymətləndirib.








banner

Oxşar Xəbərlər