• şənbə, 27 Aprel, 05:38
  • Baku Bakı 14°C

Qərbi Azərbaycan vilayətində etiraz aksiyası: Otel yandırıldı

08.05.15 09:25 1141
Qərbi Azərbaycan vilayətində etiraz aksiyası: Otel yandırıldı
İranın Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində minlərlə sakin etiraz aksiyası keçirib.
APA-nın “Spigel”ə istinadən verdiyi məlumata görə, oteldə işləyən xadimə qızın ona təcavüz etmək istəyən şəxsdən qorumaq üçün binanın 4-cü mərtəbəsindən atmasına etiraz edən sakinlər binanı yandırıblar.
Kürddilli mətbuatın yazdığına görə, hadisə həftənin birinci günü baş verib. Oteldə qalan məmur 25 yaşlı xadimə qıza qarşı seksual hərəkətlər edib. Məmur otel rəhbərliyinə mehmanxananın 5 ulduz almasını təmin edəcəyinə söz verib. Məmurun təklifi ilə razılaşmayan qadın 5 mərtəbəli binanın 4-cü mərtəbəsindən özünü atıb və aldığı xəsarətdən ölüb. Şəhər meri Cəfər Kətani təcavüzə cəhd faktını təsdiqləyib.
Şübhəli şəxs həbs olunsa da, ötən gün binanın qarşısında minlərlə etirazçı toplaşıb. Aksiya iştirakçıları otel binasını yandırıblar və yanğın bütün mərtəbələrini əhatə edib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Təhlükəsizlik xidməti əməkdaşları aksiyanı gözyaşardıcı qazın köməyi ilə dağıtmağa çalışıb. Bir neçə nəfər xəsarət alıb.
Mahabad Qərbi Azərbaycan vilayətinin əhalisinin əksəriyyəti etnik kürdlərdən ibarət olan şəhəridir.
Qeyd edək ki, Mahabad şəhərinin adı son illərə qədər "Soyuqbulaq" olub. Hazırda yerli əhalisinin əksəriyyətini etnik kürdlər təşkil edən bu şəhərdə 30 il əvvələ qədər əhalinin əksəriyyəti etnik Azərbaycan türkləri olub.
Soyuqbulaq şəhərinin əsası XVI əsrdə Şah İsmayıl Səfəvi tərəfindən qoyulub. Məlum olduğu kimi, "Soyuqbulaq" adı türk toponimidir. Hazırda Azərbaycan torpaqlarında eyni adı daşıyan yaşayış məskənləri mövcuddur (Gədəbəydə eyniadlı kənd və Ağstafada eyniadlı qəsəbə). Bəzi ehtimallara görə, bu yaşayış məskənlərinin əhalisi Qərbi Azərbaycanın Soyuqbulaq mahalından (İran, indiki Mahabad ş.) köç ediblər.
banner

Oxşar Xəbərlər