• cümə axşamı, 28 mart, 19:17
  • Baku Bakı 13°C

Qərb Universitetində “Bir” Tələbə-Könüllü Proqramının təqdimat mərasimi keçirilib

13.03.17 17:03 1060
Qərb Universitetində “Bir” Tələbə-Könüllü Proqramının təqdimat mərasimi keçirilib
Qərb Universitetində Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış "Bir” Tələbə-Könüllü Proqramının təqdimat mərasimi keçirilib.
Proqramın meneceri Canoğlan İlyasov layihə ilə bağlı geniş məlumat verib. Bildirilib ki, bu proqram ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığı və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğu nəzərə alınmaqla onlarla işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmalarının stimullaşdırılması məqsədilə yaradılıb. Menecer "Bir” Tələbə-Könüllü Proqramının əhəmiyyətini vurğulayaraq tələbələri bu proqramda fəal iştirak etməyə çağırıb.
Tədbirdə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən proqram çərçivəsində keçirilmiş təlimlər, seminarlar, komanda turları, festivallar, xeyriyyə aksiyaları və s. barədə videoçarxlar nümayiş olunub.
Vurğulamaq yerinə düşər ki, Qərb Universitetinin tələbələri könüllülük proqramlarında aktiv şəkildə iştirak edir. Son illər ölkəmizin evsahibliyi etdiyi Eurovision mahnı müsabiqəsi, Baku-2015 Avropa Oyunları, Formula-1 yarışları və bir sıra böyük yerli və beynəlxalq layihələrə universitetin tələbələri könüllü olaraq qatılıblar.
banner

Oxşar Xəbərlər