• cümə, 29 Mart, 15:08
  • Baku Bakı 14°C

Qərb Şərqlə görüşür

27.03.17 12:00 1047
Qərb Şərqlə görüşür
Aprelin 5-də Nyu-Yorkda "Carnegie Hall”da Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti Cövdət Hacıyevin 100 illik yubileyi münasibətilə keçiriləcək konsertin afişası hazırlanıb.
AZƏRTACxəbər verir ki, bu barədə məlumat "facebook” un "Jevdet Hajiyev, composer” səhifəsində səhifəsində yer alıb. Məlumatda bildirilir ki, tədbir Çin, Azərbaycan, Rusiya, Hindistan, Almaniya, Böyük Britaniya və ABŞ-dan olan beynəlxalq ifaçı və təşkilatçı qrupunu bir araya gətirir. Həmçinin bu işə cəlb olunan insanların çoxunun vaxtilə Çindən başlayan və bəstəkarın yurdu Şəkidən keçən qədim İpək Yolu üzərində yaşadığı hiss edilir. C.Hacıyevin əsərləri hamını bir araya gətirir və "Carnegie Hall”da keçiriləcək konsert Qərbin Şərqlə rəmzi görüşü olacaq. Konsertdə Qərbi Avropa ənənəsində yazılmış kompozisiyalar, habelə Azərbaycanın ənənəvi tar və kamança alətlərində əsərlər səsləndiriləcək.
banner

Oxşar Xəbərlər