• çərşənbə axşamı, 23 aprel, 10:02
  • Baku Bakı 20°C

Qərb Rusiyaya qarşı növbəti sanksiyalar başlatdı: Təcili qərar

06.09.14 14:07 937
Qərb Rusiyaya qarşı növbəti sanksiyalar başlatdı: Təcili qərar
APA-nın “censor.net” saytına istinadən verdiyi xəbərə görə, sentyabrın 8-də Rusiyaya qarşı yeni sanksiyaların təcili şəkildə tətbiq olunması barədə qərar qəbul edilib.
Avropa İttifaqının saytında Aİ Şurasının prezidenti Herman Van Rompey və Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun qərar barədə açıq məktubu dərc olunub. Onlar bildiriblər ki, Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər paketi sentyabrın 5-də COREPER (üzv ölkələrin Brüsseldəki səfirləri) səviyyəsində razılaşdırılıb. Xarici işlər nazirlərinin görüşünü gözləmədən həftənin birinci günü bu paket yazılı prosedurla rəsmən qəbul olunacaq. Sanksiyalar Rusiyanın Ukrayna ilə bağlı siyasətini dəyişdirməyə yönəlib.
Xatırladaq ki, sentyabrın 5-də Ukrayna hökuməti ilə ölkənin şərqindəki separatçılar arasında imzalanan atəşkəs protokolundan sonra Aİ-nin Rusiyaya qarşı sanksiyaları təxirə salacağı bildirilmişdi.
banner

Oxşar Xəbərlər